​Azərbaycanda regionlardakı aeroportların özəlləşdirilməsi təklif olunur

​Azərbaycanda regionlardakı aeroportların özəlləşdirilməsi təklif olunur Deputat Qüdrət Həsənquliyev: "Ölkədə yeni aviaşirkətlər yaradılmalıdır"
İnfrastruktur
23 Fevral , 2016 13:59
​Azərbaycanda regionlardakı aeroportların özəlləşdirilməsi təklif olunur

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın aviasiya sahəsində rəqabətin təmin olunması üçün regionlarında yerləşən aeroportlar özəlləşdirilməlidir. "Report"un verdiyi xəbərə görə, bunu deputat Qüdrət Həsənquliyev parlamnetin plenar iclasında bildirib: "Ölkədə yeni aviaşirkətlər yaradılmalıdır ki, vəziyyəti dəyişə bilək".

Millət vəkilinin sözlərinə görə, hazırda sahibklar gözləmə mövqeyi tutublar: "İdxalla məşğul olanlar gözləyirlər ki, hökumət rüsumları aşağı salacaq. Digərlərin də kreditlərə çıxış imkanları aşağıdır. Hazırda manatla kreditlər verilmir, dollarla kredit isə götürmürlər, çünki hələ də devalvasiyanın sona çatdığına əminlik yoxdur".

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycanda iqtisadi böhran yox, çətinliklər var: "Hökumətin də həmin çətinliklərdən çıxış üçün tədbirləri var".

Son xəbərlər

Orphus sistemi