Azərbaycanda nəqliyyat xidmətləri ucuzlaşıb

Azərbaycanda nəqliyyat xidmətləri ucuzlaşıb Poçt-kuryer, rabitə, hava və dəmir yolu nəqliyyatı qiymətlərində dəyişiklik olmayıb
İnfrastruktur
21 Sentyabr , 2015 09:25
Azərbaycanda nəqliyyat xidmətləri ucuzlaşıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Cari ilin avqust ayında Azərbaycanda əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma xidmətlərinin qiymətləri 5,1%, yükdaşıma qiymətləri isə 0,2% ucuzlaşıb.

Dövlət Statistka Komitəsindən “Report”a verilən məlumata görə, ay ərzində boru kəməri vasitəsilə neftin nəqli üçün nasos-kompressor stansiyalarında qazın sərfiyyatının aşağı düşməsi nəticəsində neftin nəql olunması qiyməti 0,4%, qazın nəqli və dəniz nəqliyyatında beynəlxalq yükdaşıma qiymətləri 0,1% ucuzlaşıb.

Ümumilikdə, nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 1,3% ucuzlaşıb. Ay ərzində poçt və kuryer, habelə rabitə xidmətləri qiymətlərində dəyişiklik müşahidə olunmayıb. Həmçinin hava, dəmir yolu və avtomobil nəqliyyatında yükdaşıma qiymətlərində də dəyişiklik müşahidə olunmayıb.

Son xəbərlər

Orphus sistemi