Azərbaycanda avtomobil idxalı 7 dəfə azalıb

Azərbaycanda avtomobil idxalı 7 dəfə azalıb Bu, 2016-cı ilin ilk beş ayında qeydə alınıb
İnfrastruktur
16 İyun , 2016 19:00
Azərbaycanda avtomobil idxalı 7 dəfə azalıb

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 2 233 ədəd avtomobil idxal edilib. "Report"un Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2015-cü illə müqayisədə 13 262 ədəd, yaxud 85,59% (7 dəfə) azdır.

Məlumata görə, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 465 ədəd, yaxud 15,5 dəfə azalaraq 32 ədəd olub.

Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 11 973 ədəd, yaxud 86,06%, yaxud 7,17 dəfə azalaraq 1 939 ədədə düşüb.

DGK-nın açıqlamasında deyilir ki, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2015-ci ilə nisbətən 748 ədəd, yaxud 78,57%, yaxud 4,7 dəfə azalaraq 204 ədəd təşkil edib.

Qurum həmçinin xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxal sayında da azalma olduğunu elan edib. Belə ki, 2015-ci ilə nisbətən 2016-ci ildə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 76 ədəd, yaxud 56,72%, yaxud 2,3 dəfə azalaraq 58 ədəd olub.

Son xəbərlər

Orphus sistemi