AZAL Bakı-Aktau reysinə endirim edib

AZAL Bakı-Aktau reysinə endirim edib Bakı-Aktau-Bakı reysinə bilet 255 manat, Aktau-Bakı-Aktau reysinə isə 295 manatdır
İnfrastruktur
2 İyun , 2015 19:18
AZAL Bakı-Aktau reysinə endirim edib

Bakı. 2 iyun. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC növbəti endirim aksiyasına start verib. “Report”un aviaşirkətdən aldığı məlumata görə, Bakı-Aktau-Bakı istiqamətindəki uçuşlar üçün endirim aksiyası keçirilir.

Bu istiqamətdə olan hər iki istiqamətdə uçuşlara biletin qiyməti Bakı-Aktau-Bakı reysinə 222 avro (255 manat), Aktau-Bakı-Aktau reysinə isə 281 ABŞ dolları (295 manat) təşkil edir.

Endirimli uçuşlar iyunun 6-na kimi davam edəcək. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə "mile-bal"lar hesaba əlavə olunmur, məntəqədə maksimal qalma müddəti 1 aydır və qiymətə yığım və rüsumlar daxildir.

Son xəbərlər

Orphus sistemi