​Avropa İttifaqı Transxəzər layihəsini yenidən bərpa etməyi planlaşdırır

​Avropa İttifaqı Transxəzər layihəsini yenidən bərpa etməyi planlaşdırır Qaz kəməri Xəzərin dibi ilə çəkilərək Azərbaycan və Türkiyə ərazisindən keçməli idi
İnfrastruktur
25 Mart , 2015 21:59
​Avropa İttifaqı Transxəzər layihəsini yenidən bərpa etməyi planlaşdırır

Bakı. 25 mart. REPORT.AZ/ Avropa İttifaqı Türkmənistandan qaz kəmərinin çəkilməsi layihəsini yenidən bərpa etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Türkmənistandakı avropalı diplomata istinadən "Reuters" məlumat yayıb.

Energetika üzrə Avropa komissarı Maroş Şevçoviç Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı danışıqlar aparmaq üçün yaxın vaxtlarda Türkmənistana səfər etmək niyyətindədir.

"Biz türkmən tərəfdaşlar ilə danışıqlar zamanı türkmən qazını bizim bazara tədarük etməyə hazır olan Avropa şirkətlərinin işini necə təşkil etməyi müzakirə edəcəyik", - deyə diplomat bildirib.

Qazın Türkmənistandan Avropaya nəqlini nəzərdə tutan Transxəzər qaz kəməri layihəsi siyasi, iqtisadi və ekoloji fikir ayrılıqları səbəbindən dondurulub. Qaz kəməri Xəzər dənizinin dibi ilə çəkilərək Azərbaycan və Türkiyə ərazisindən keçməli idi.

Son xəbərlər

Orphus sistemi