"20 Yanvar" metro stansiyasının bir girişi bağlanır

"20 Yanvar" metro stansiyasının bir girişi bağlanır Lakin stansiyanın II vestibülü sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq
İnfrastruktur
29 İyun , 2016 10:04
20 Yanvar metro stansiyasının bir girişi bağlanır

Bakı. 29 iyun. REPORT.AZ/ “20 Yanvar” metro stansiyasının I vestibülü iyulun 1-dən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül ("Azərsu" ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika Mərkəzi istiqaməti) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

Bunu "Report"a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, “20 Yanvar” metro stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurub və dəyişdirilməlidir.

"Bunun üçün stansiyanın I vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır. I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər", - deyə N.Paşayev əlavə edib.

Son xəbərlər

Orphus sistemi