YUĞ Teatrında yeni tamaşanın premyerası keçirilib

YUĞ Teatrında yeni tamaşanın premyerası keçirilib "Rindi-şeyda" adlı tamaşa səmavi eşq ayinidir
İncəsənət
7 İyul , 2016 10:19
YUĞ Teatrında yeni tamaşanın premyerası keçirilib

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət YUĞ Teatrında "Rindi-şeyda" tamaşasının premyerası keçirilib.

"Report" xəbər verir ki, səhnə əsəri səmavi eşq ayini janrındadır. 

Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan tamaşanın ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Aytən Məmmədovadır.

Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur.

YUĞ Teatrının aktyorları Mətanət Abbaslı, Təranə Ocaqverdiyeva və Amid Qasımovun iştirakı ilə nümayiş etdirilən səhnə əsərində Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan və Vaqif Bayatlı Odərin poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.

Tamaşanın süjet xəttinə əsasən 3 aşiq xüsusi məkana daxil olur, onları narahat edən, əzab verən mənəvi-psixoloji komplekslərindən azad olurlar, yeni mənəvi-psixoloji keyfiyyətlərlə yollarına davam edirlər.

Tamaşanın premyerası YUĞ Teatrının müvəqqəti məskunlaşdığı Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi