YUĞ Teatrında "13" adlı tamaşanın premyerası olub - FOTO

YUĞ Teatrında "13" adlı tamaşanın premyerası olub - FOTO Tamaşanın rejissoru Vidadi Həsənovdur
İncəsənət
4 Dekabr , 2015 10:18
YUĞ Teatrında 13 adlı tamaşanın premyerası olub - FOTO

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət YUĞ Teatrında yeni tamaşanın premyerası olub.

"Report" xəbər verir ki, dekabrın 3-də mərhum dramaturq Rövşən Ağayevin "13" adlı əsəri əsasında hazırlanan tamaşa nümayiş etdirilib.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Vidadi Həsənovdur. Rolları YUĞ Teatrının iki aktyoru Oqtay Mehdiyev və Könül Cəfərzadə ifa edib. Tamaşanın musiqi tərtibatı Amid Qasımova, səhnə tərtibatı Umay Minnura, rəqslərin quruluşu Lalə Hacıyevaya aiddir.

Tamaşanın premyerasından sonra yaradıcı heyətlə müzakirə keçirilib. 

Son xəbərlər

Orphus sistemi