YARAT Müasir İncəsənət Mərkəzində “Onun atası” qısametrajlı bədii filminin nümayişi keçiriləcək

YARAT Müasir İncəsənət Mərkəzində “Onun atası” qısametrajlı bədii filminin nümayişi keçiriləcək Yarat Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək
İncəsənət
9 Sentyabr , 2016 11:14
YARAT Müasir İncəsənət Mərkəzində “Onun atası” qısametrajlı bədii filminin nümayişi keçiriləcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ YARAT Müasir İncəsənət Mərkəzində sentyabrın 13-də Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filminin nümayişi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən “Report”a verilən məlumata görə, Yarat Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.

Qeyd edək ki, “Onun atası” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

“Onun atası” filminin ssenari müəllifi Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultan, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza və digərləri canlandırırlar.

Giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi