Türkmənistanda türkdilli ölkələrin festivalı keçirilir

Türkmənistanda türkdilli ölkələrin festivalı keçirilir "Türkdilli ölkələrin festivalında Azərbaycanı layiqincə təmsil edəcəyik"
İncəsənət
24 Noyabr , 2015 10:13
Türkmənistanda türkdilli ölkələrin festivalı keçirilir

Bakı. 24 noyabr. REPORT.AZ/ Türkmənistanın Mari şəhərində türkdilli ölkələrin festivalı başlayıb.

Bu barədə "Report"a tanınmış kamança ifaçısı Munis Şərifov məlumat verib.

Onun sözlərinə görə, festivalda türkdilli respublikalardan gəlmiş mədəniyyət və incəsənət xadimləri iştirak edirlər: "Mari şəhərinə muğam üçlüyü ilə gedirik. Tar ifaçısı Davud Abdullayev, xanəndə Nuriyyə Hüseynova və mən. Türkdilli ölkələrin festivalında Azərbaycanı layiqincə təmsil edəcəyik".

Festival noyabrın 30-dək davam edəcək.

Xatırladaq ki, TÜRKSOY Türkmənistanın Mari şəhərini 2015-ci ildə “Türk dünyasının mədəni paytaxtları” elan edib. Bu münasibətlə il ərzində Mari şəhərində müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib. 

Son xəbərlər

Orphus sistemi