Türkiyənin məşhur aktyoru Zeki Alasya vəfat edib

Türkiyənin məşhur aktyoru Zeki Alasya vəfat edib O, mayın 8-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib
İncəsənət
8 May , 2015 13:32
Türkiyənin məşhur aktyoru Zeki Alasya vəfat edib

Bakı. 8 may. REPORT.AZ/ Türkiyənin məşhur aktyoru Zeki Alasya 72 yaşında vəfat edib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor bu gün 10:32-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Z.Alasya qaraciyər çatışmazlığından əziyyət çəkirdi.

Zeki Alasya 1943-cü il aprelin 18-də İstanbulda anadan olub.

Aktyor 1959-cu ildə teatra həvəskar olaraq gəlib. Arena, Genar və Ülvi Uraz teatrlarında işlədikdən sonra Haldun Taner, Metin Akpınar və Əhməd Gülhan ilə birlikdə Dəvəquşu Kabare Teatrını  qurub.

O, 1973-cü ildə ilk dəfə filmdə rejissorluq edib. Zeki Alasya köhnə türk filmlərində daha çox ayrılmaz cütlük hesab olunduqları Mətin Akpınarla tərəf müqabili olub. 1998-ci ildə Dövlət Sənətçisi adına layiq görülüb. "Salak milyoner", "Köyden indim şehire", "Güler misin, ağlarmısın", "Nereye bakıyor bu adamlar", "Hasip ile Nasip" adlı bir çox filmlər rol alan komediya ustası "Akasya Durağı" serialında "Nuri Baba" rolunu canlandırıb. Zeki Alasyanın son rolu "Küçük Ağa" serialında "Mehmet Ağa" olub.

Teatr və kino aktyoru Zeki Alasya 2010-cu ildə 47-ci Antalya Qızıl Portağal Film Festivalında "Yaşam Boyu Onur Ödülü"nə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi