​Təbrizli sənətkar bir ilə "İlham-Fərizə" adlı xalça toxuyub - FOTO

​Təbrizli sənətkar bir ilə "İlham-Fərizə" adlı xalça toxuyub - FOTO Bakıda xalçaının təqdimat mərasimi keçirilib
İncəsənət
14 Yanvar , 2016 14:42
​Təbrizli sənətkar bir ilə İlham-Fərizə adlı xalça toxuyub - FOTO

Bakı. 14 yanvar. REPORT.AZ/ Bu gün 20 Yanvar Cəmiyyətinin təşkilatçılığı ilə təbrizli xalçaçı-rəssam Səməd Təbrizlinin müəllifi olduğu "İlham-Fərizə" xalçasının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə deputatlar, sənət adamları, müxtəlif təşkilatların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə cəmiyyətin sədri Sultan Əzimzadə açıb. O, 20 yanvar 1990-cı ildə baş verən hadisələrin Azərbaycanın xalqının tarixində oynadığı roldan danışıb.

Professor Nizaməddin Şəmsizadə bildirib ki, gələcək nəsillər Azərbaycan tarixinin nişanəsi kimi bu xalçanı muzeylərdə görəcək, sənət nümunəsi onların mənəvi tərbiyəsində böyük rol oynayacaq.

Xalçanın müəllifi sənət əsərini öz ailəsinin köməyi və yaxından dəstəyi ilə ərsəyə gətirdiyini bildirib və ailə üzvlərinin də təqdimatda iştirak etdiyini qeyd edib: ""İlham-Fərizə" xalçası üzərində uzun müddət iş gedib. Xalçanın rəssamlıq işi 3 ay, toxunması 7 ay çəkib. Toxunma zamanı 15 ədəd fərqli qayçıdan istifadə edilib ki, bu da xalçada toxunan rəsmlərin qabarıq forma alması üçün idi. Bu işə də 2 ay vaxt sərf edilib. Xalçanın toxunmasında 182 yun sap boyansa da, qarışdırılan rənglərlə birgə xalçada 230-dan çox rəngdən istifadə olunub. Uzun illər qalmasını təmin etmək üçün xalçanın ərişləri üçün ipəkdən istifadə olunub".

Qeyd edək ki, təbrizli ustaların toxuduğu sənət əsərinin ölçüsü 1.05-1.55 metr, sıxlığı 73-dür. Xalçada 10 kvadratsantimetrdə 532 ilmə var.

Bütün xalçada isə 8 yüz min ilmə yer alıb.

Xalça yalnız İlhamla Fərizənin deyil, bütün şəhidlərin müqəddəs ruhuna ərmağan kimi təqdim edilib.  

Son xəbərlər

Orphus sistemi