Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan təsviri incəsənətinin ən məşhur nümayəndələrindən biri olan Tahir Salahovun rəsmləri Moskvadakı Tretyakov qalereyasında nümayiş olunacaq.
"Report" "Культура Москвы" saytına istinadən xəbər verir ki, Tretyakov qalereyasının mühəndis korpusunda Rusiya muzeyinin fondlarından, Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyindən, Azərbaycan Milli İncəsənət Qalereyasından, Tahir Salahovun Bakıdakı ev-muzeyindən və şəxsi kolleksiyalardan sənət əsərləri toplanılıb.
Qalereyanın qonaqları ekspozisiyanı yanvarın 22-dən izləyə biləcək.