Bakı. 27 iyun. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı mövsümü iyunun 30-da başa çatdıracaq. "Report" xəbər verir ki, teatr mövsümünün son tamaşası kimi Əhməd Orucoğlunun "Oğru" əsərini təqdim edəcək.
Əsərə Şəki Dövlət Dram Teatrının aktyoru Əbülfət Salahov quruluş verib.
Əsas rolları Əbülfət Salahov, Xanlar Həşimzadə, İqrar Salamov, Çinarə Səmədova və başqaları canlandırıb.