Səadət Nəbiyeva: "Fikrət Əliyev sağ-salamatdır"

Səadət Nəbiyeva: "Fikrət Əliyev sağ-salamatdır" "Xəstə olduğu və bir müddət əvvəl xəstəxanada müalicə aldığı doğrudur, amma hazırda vəziyyəti stabildir"
İncəsənət
14 Noyabr , 2015 17:52
Səadət Nəbiyeva: Fikrət Əliyev sağ-salamatdır

Bakı. 14 noyabr. REPORT.AZ/ "Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyev sağ-salamatdır, hazırda vəziyyəti yaxşılaşmağa doğru gedir".

Bunu "Report"a açıqlamasında kinorejissorun qızı Səadət Nəbiyeva deyib. 

O, atasının vəfat etməsi haqda yayılan informasiyalardan narahat olduqlarını bildirib: "Noyabrın 13-də atamın vəziyyəti ilə bağlı kədərli xəbərlər yayıldı. Mətbuata sızdırılan xəbərlərə görə, atam Fikrət Əliyev guya vəfat edib. Bu xəbərin məqsədyönlü şəkildə yayıldığını düşünürəm. Amma əsas nəticədir. Nəticə isə odur ki, şükür Allaha atam sağ-salamatdır. Xəstə olduğu və bir müddət əvvəl xəstəxanada müalicə aldığı doğrudur. Hazırda vəziyyəti stabildir. Evdə müalicə alır. Gəzir, yemək yeyə bilir, danışır". 

Son xəbərlər

Orphus sistemi