​Qusarda bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunub

​Qusarda bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunub Konsertdə bəstəkarın mahnılarını ifa olunub
İncəsənət
30 Aprel , 2016 17:03
​Qusarda bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunub

Bakı. 30 aprel. REPORT.AZ/ Qusar rayon uşaq incəsənət məktəbinin akt zalında Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunub. 

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, tədbirdə məktəbin nəzəriyyə şöbəsinin müəlliməsi Ella Hüseynova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Sonra məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın unudulmaz mahnıları səsləndirilib. Konsertdə məktəbin xalq çalğı alətlərindən ibarət kvintet Qəmbər Hüseynlinin "İlk məhəbbət", ”Bulağa gəlsin”, "Söz olur", qarmonda IV sinif şagirdi R.Rəhimxanov "Ay işığında", fortepianoda III sinif şagirdi J.Kamilova "Cücələrim", xanəndə şöbəsinin müəllimi Telli Eyyubova "Nə vaxta qaldı" və “Qonşuda qız sevənin” mahnılarını ifa ediblər.

Sənətkarın həyat və yaradıcılığını əks etdirən şəkil və materiallardan ibarət film nümayiş tdirilib. 

Son xəbərlər

Orphus sistemi