Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletinin tamaşası nümayiş etdiriləcək

Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletinin tamaşası nümayiş etdiriləcək Balet əbədi məhəbbəti, qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini tərənnüm edir
İncəsənət
17 Noyabr , 2015 18:09
Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletinin tamaşası nümayiş etdiriləcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti, bəstəkar Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletinin tamaşası nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, tamaşa noyabrın 29-da olacaq.

İlk dəfə 2005-ci ildə səhnəyə qoyulan və Rusiyada Azərbaycan mədəniyyəti günləri çərçivəsində Rusiya Akademik Böyük Teatrı (Moskva) və Mariinski adına teatrın (Sankt-Peterburq) səhnəsində böyük uğurla nümayiş olunan “Eşq və Ölüm” baletinin librettosu “Dədə Qorqud” eposunun motivləri əsasında qələmə alınıb.

Balet əbədi məhəbbəti, qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini tərənnüm edir.

2015-ci ilin fevralında P.Bülbüloğlunun 70 illik yubileyi münasibətilə bu baletin quruluşu bərpa edilərək yenidən səhnələşdirildi (xoreoqraf – Rusiyanın əməkdar incəsənət xadimi Nadejda Malıgina, musiqi rəhbəri və dirijoru – xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssam – Dmitri Çerbadji).

Qeyd edək ki, hazırda teatrın repertuarında olan bu tamaşada noyabrın 29-da balet truppasının gənc solistləri ilk dəfə çıxış edəcək.

Cəmilə Kərimova – Baycan, Makar Ferştandt – Azər, Anar Tahirov – Yalıncıq, Ayan Eyvazova – Ölüm rollarını ifa edəcək.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Son xəbərlər

Orphus sistemi