İrəvan Teatrında yeni layihə çərçivəsində maraqlı tamaşa göstəriləcək

İrəvan Teatrında yeni layihə çərçivəsində maraqlı tamaşa göstəriləcək Premyerası bu ilin sentyabr ayında nəzərdə tutulan tamaşanın hazırda məşqləri gedir
İncəsənət
4 İyul , 2016 20:06
İrəvan Teatrında yeni layihə çərçivəsində maraqlı tamaşa göstəriləcək

Bakı. 4 iyul. REPORT.AZ/ İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanıb.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 2016-cı il “Multikulturalizm ili” çərçivəsində üç müxtəlif– azərbaycan, rus və yəhudi mədəniyyətlərini bir məkanda cəmləşdirərək “O da aşiq olub yaza dünyada” adlı layihə çərçivəsində yeni tamaşa nümayiş etdirəcək.

Dövlət sifarişi ilə hazırlanacaq A.P.Çexovun “Ayı”, Elçinin “O da aşiq ola...” və yəhudi dramaturqu Yosef Bar-Yosefin “Qəliz adamlar” pyeslərini üç müxtəlif mədəniyyətlərin ortaq səhnə təcəssümü olan tamaşa, gənc rejissor Nicat Qəribin quruluşunda təqdim olunacaq.

Premyerası bu ilin sentyabr ayında nəzərdə tutulan tamaşanın hazırda məşqləri gedir.

Son xəbərlər

Orphus sistemi