İlk Avropa Oyunlarının mərasimləri üçün ayrıca orijinal musiqi kompozisiyası hazırlanıb

İlk Avropa Oyunlarının mərasimləri üçün ayrıca orijinal musiqi kompozisiyası hazırlanıb Əsər tanınmış Azərbaycan bəstəkarı Rəşad Həşimovun beynəlxalq aləmdə tanınan Qreq Baumanla əməkdaşlığının nümunəsidir
İncəsənət
13 İyun , 2015 16:33
İlk Avropa Oyunlarının mərasimləri üçün ayrıca orijinal musiqi kompozisiyası hazırlanıb

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan mədəniyyətinin inciləri medal mərasimləri zamanı "Bakı 2015" I Avropa Oyunlarının bir hissəsi kimi idman aləmində qazanılan yüksək nailiyyətlərlə birgə nümayiş etdiriləcək. Bu barədə "Report"a Bakı Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) məlumat verilib.

"Zəfər" Bakının ruhunu təcəssüm etdirəcək 253 mərasimin hər biri üçün ayrıca təqdim olunacaq orijinal musiqi kompozisiyasıdır. Həmçinin, bu, bürünc, gümüş və qızıl medal qazanan idmançılar üçün bayram musiqisi olacaq.

Bu təkrarolunmaz əsər tanınmış Azərbaycan bəstəkarı Rəşad Həşimovun beynəlxalq aləmdə tanınan Qreq Baumanla əməkdaşlığının nümunəsidir.

Qeyd edək ki, Rəşad Həşimov 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycanın əməkdar artisti adına layiq görülmüş ən istedadlı bəstəkarlardan biridir. 

"Great Big Events" şirkətinin yaradıcı direktoru olan Bauman bütün dünyada Olimpiya oyunları da daxil olmaqla, müxtəlif tədbirlər üçün nəzərdə tutulan medal mərasimlərinin bəstəkarı kimi beynəlxalq təcrübəyə malikdir.

Son xəbərlər

Orphus sistemi