​I Avropa Oyunlarına həsr olunmuş şokoladdan hazırlanmış 3D rəsmin təqdimatı olacaq

​I Avropa Oyunlarına həsr olunmuş şokoladdan hazırlanmış 3D rəsmin təqdimatı olacaq Rəsmdə nəyin əks olunduğu isə təqdimatın açılış gününədək müəllif tərəfindən sirr kimi saxlanılır
İncəsənət
1 İyun , 2015 20:16
​I Avropa Oyunlarına həsr olunmuş şokoladdan hazırlanmış 3D rəsmin təqdimatı olacaq

Bakı. 1 iyun. REPORT.AZ/ Dünyanın 40-dan çox ölkəsində əsərləri nümayiş olunmuş "Nikolya" Şokolad Muzeyinin müəllif sərgisini Bakı şəhərində ilk həftədən on mindən çox insan izləyib.

Mədəniyyət və Rurizm Nazirliyindən "Report"a verilən məlumata görə, xüsusi olaraq Bakıda I Avropa Oyunlarına həsr olunmuş ümümi çəkisi 200 kq, eni 3 metrdən çox olan dünyada analoqu olmayan şokoladdan hazırlanmış 3D rəsmin iyunun 5-də saat 12:00-da Muzey Mərkəzinin Dairəvi Zalında təqdimat mərasimi keçiriləcək.

Rəsmdə nəyin əks olunduğu isə təqdimatın açılış gününədək müəllif tərəfindən sirr kimi saxlanılır.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Nikolya" Şokolad Muzeyi və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi