Gənc Tamaşaçılar Teatrının aktyorları mükafatlandırılıb

Gənc Tamaşaçılar Teatrının aktyorları mükafatlandırılıb Teatrın aktyorları “Sərgüzəşti-Vəziri Xani Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirib
İncəsənət
10 Mart , 2016 20:37
Gənc Tamaşaçılar Teatrının aktyorları mükafatlandırılıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Teatrının 143 illiyi münasibətilə tədbir keçirilib.

"Report" xəbər verir ki, teatrın direktoru, əməkdar artist Mübariz Həmidov 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təməli qoyulan Azərbaycan Milli Teatrının yaranma tarixi haqqında ətraflı məlumat verib.

Direktorun sözlərinə görə, Azərbaycan teatrı keşməkeşli ömür sürərək zamanın mühakiməsindən üzüağ çıxıb: “Bu gün Azərbaycan teatrı dünyanın aparıcı beynəlxalq festivallarında uğurla təmsil olunur”.

Daha sonra çıxış edən teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, xalq artistləri Cənnət Səlimova, Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Almaz Mustafayeva, Kəmalə Hüseynova, Naibə Allahverdiyeva Milli Teatr Günü ilə bağlı fikirlərini dilə gətirib.

Çıxışlardan sonra dahi dramaturq Mirzə Fətəli Axundovun “Sərgüzəşti-Vəziri Xani Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan səhnə əsərinin musiqi tərtibatı xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.

Tamaşada rolları əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar İradə Rəşidova, Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edib.

10 mart Milli Teatr Günü ilə əlaqədar Gənc Tamaşaçılar Teatrının istedadlı aktyorları, xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artist Şəfəq Əliyeva, aktrisa Məsumə Babayeva Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı, teatrın direktoru M.Həmidov TXİ-nin Fəxri Fərmanı ilə təltif olunub. 

Son xəbərlər

Orphus sistemi