Gənc Tamaşaçılar Teatrında “Biri vardı, biri yox” adlı tamaşa hazırlanır

Gənc Tamaşaçılar Teatrında “Biri vardı, biri yox” adlı tamaşa hazırlanır Yeni tamaşaya Bəhram Osmanov quruluş verir
İncəsənət
25 İyun , 2015 15:47
Gənc Tamaşaçılar Teatrında  “Biri vardı, biri yox” adlı tamaşa hazırlanır

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı şair-publisist Əjdər Olun “Biri vardı, biri yox” pyesini səhnəyə qoyacaq.

"Report" xəbər verir ki, teatrda “Biri vardı, biri yox” adlı yeni tamaşanın məşqləri başlayıb.

Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov, rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı musiqişünas Məryəm Əlibəylidir. Rəqslərin quruluşu Səbinə Məmmədovaya aiddir.

Tamaşada teatrın gənc aktyorları Müşfiq Əliyev, Mirzəağa Mirzəyev, Natiq Fərzəliyev, İradə Rəşidova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Venera Abbasova, Anar Səfiyev, Vahid Orucoğlu, Elgün Yəhyayev, Ramil Məmmədov, Xəyal Salahov iştirak edəcək.

Qeyd edək ki, tamaşanın 88-ci teatr mövsümündə - oktyabrın 1-ci yarısında təhvil verilməsi nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi