Fidan və Xuraman Qasımovaların konserti olacaq

Fidan və Xuraman Qasımovaların konserti olacaq Konsertdə Alim Qasımov, Zülfiyyə Xanbabayeva və Emil Əfrasiyab da çıxış edəcək
İncəsənət
31 Oktyabr , 2015 11:04
Fidan və Xuraman Qasımovaların konserti olacaq

Bakı. 31 oktyabr. REPORT.AZ/ Görkəmli opera müğənniləri, Azərbaycanın xalq artistləri, dövlər mükafatları laureatları Fidan və Xuraman Qasımova bacıları Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edəcəklər.

"Report" xəbər verir ki, konsert noyabrın 21-də olacaq.

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxış edəcək sənətkarlar Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini ifa edəcəklər.

Konsertdə Fidan və Xuraman Qasımovalarla yanaşı, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov, xalq artisti Zülfiyyə Xanbabayeva və istedadlı musiqiçi Emil Əfrasiyab da çıxış edəcək.

Qeyd edək ki, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayevdir.

Son xəbərlər

Orphus sistemi