Emalatxanasında ölü tapılmış heykəltəraş dəfn olunub

Emalatxanasında ölü tapılmış heykəltəraş dəfn olunub "Onun hər iki qızı rəssamdır"
İncəsənət
21 İyul , 2015 13:44
Emalatxanasında ölü tapılmış heykəltəraş dəfn olunub

Bakı. 21 iyul. REPORT.AZ/ Çalışdığı emalatxanada dünyasını dəyişmiş heykəltəraş Sabir Məmmədov bu gün Hövsanda yerləşən qəbiristanlıqda toprağa tapşırılıb.

Bu barədə "Report"a Azərbaycan Rəssamlar İttifaqının Bədii-istehsalat yaradıcılıq kombinatının müdiri Baloğlan Hüseynov məlumat verib.

Onun sözlərinə görə, mərhum heykəltəraş Bədii-istehsalat yaradıcılıq kombinatının metal əritmə sexində çalışıb: "Sabir Məmmədov öz işi ilə məşğul olan, sakit adam idi. Emalatxanasında öz işi ilə məşğul olmağı sevərdi. İki qızı var. Hər ikisi rəssamdır və Rəssamlar İttifaqının üzvüdür".

Qeyd edək ki, Sabir Məmmədov 1949-cu ildə anadan olub. Mərhumun meyiti Azərbaycan Rəssamlar İttifaqının Nəsimi rayonu ərazisində yerləşən emalatxanasında tapılıb. Onun infarktdan dünyasını dəyişdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi