Elçinin "Şekspir" əsəri Nyu-York səhnəsində nümayiş etdiriləcək

Elçinin "Şekspir" əsəri Nyu-York səhnəsində nümayiş etdiriləcək Tamaşanın premyerası noyabrın 18-də olacaq
İncəsənət
26 Oktyabr , 2015 14:47
Elçinin Şekspir əsəri Nyu-York səhnəsində nümayiş etdiriləcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq yazıçısı, professor Elçin Əfəndiyevin "Şekspir" əsəri Nyu-York səhnəsində nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, tamaşanın premyerası noyabrın 18-də olacaq.

5 gün boyunca Nyu-Yorkda tamaşaçılara təqdim ediləcək tamaşanın rejissoru, Nyu-Yorkun ("The Complete Theatre Company") teatrının bədii rəhbəri Enni Uorddur.

Qeyd edək ki, əsər sürrealist satira janrındadır. Əsərdə hadisələr psixiatrik xəstəxanada cərəyan edir.

Xatırladaq ki, Elçinin "Şekspir" əsəri dünyanın bir neçə ölkəsində tamaşaya qoyulub.

Hazırda Akademik Milli Dram Teatrının repertuarında olan tamaşa ilk dəfə 2012-ci il martın 6-da oynanılıb. 

Son xəbərlər

Orphus sistemi