Dünyanın ən uzunömürlü aktyorunun yubileyi qeyd ediləcək

Dünyanın ən uzunömürlü aktyorunun yubileyi qeyd ediləcək "Mən yaşanan illərin ağrı-acısını öz üzərimdə hiss etmirəm"
İncəsənət
10 Fevral , 2015 17:14
Dünyanın ən uzunömürlü aktyorunun yubileyi qeyd ediləcək

Bakı. 10 fevral. REPORT.AZ/ SSRİ xalq artisti, Rusiya səhnəsinin patriarxı adlandırılan Vladimir Zeldinin 100 yaşı tamam olur. Bu münasibətlə yubilyarın doğma teatrı olan Rusiya Ordusunun Mərkəzi Akademik Teatrında "100 və ya Zamanla rəqs" adlı benefis keçiriləcək.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 100 yaşlı sənətkar özünü yaxşı hiss etdiyini bildirib: "Mən yaşanan illərin ağrı-acısını öz üzərimdə hiss etmirəm. Sakitəm və ətrafda olanlara hər zaman sakit yanaşmışam".

Yubiley gecəsi iki hissədən ibarət olacaq. İlk hissə aktyorun iştirakı ilə ən məşhur tamaşalardan parçalar ifa ediləcək. İkinci hissədə isə 100 yaşlı aktyorun dostları onu təbrik etmək üçün səhnəyə təşrif buyuracaqlar.

Yubiley gecəsinin bütün biletləri satılıb və teatrın rəhbərliyi yerdə qalan qonaqları harada və necə yerləşdirmək barədə düşünür.

Qeyd edək ki, V.Zeldinə əfsanə-insan deyirlər. O, 1915-ci ildə - Rusiya çarlığı dönəmində anadan olub.

Vladimir Zeldinin adı Ginnesin rekordlar kitabına dünyanın ən uzunömürlü aktyor və rejissoru kimi qeyd edilib.

V.Zeldin bir əsrlik ömrünün 70 ilini teatr və kinoya həsr edib. Onun aktyor kimi ən yaddaqalan obrazı Lope de Veqanın "Rəqs müəllimi" tamaşasında olub. Bu tamaşada oynadığı obrazla V. Zeldin 1000 dəfə səhnəyə çıxıb. 

Son xəbərlər

Orphus sistemi