"CinemaPlus"da Heydər Əliyev haqqında film nümayiş etdirilib

"CinemaPlus"da Heydər Əliyev haqqında film nümayiş etdirilib Vaqif Mustafayevin çəkdiyi 6-cı ekran işində Heydər Əliyevin həyat yoldaşı Zərifə Əliyeva ilə bağlı xatirələri bölüşülür
İncəsənət
10 May , 2016 15:33
CinemaPlusda Heydər Əliyev haqqında film nümayiş etdirilib

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus" ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Vaqif Mustafayevin çəkdiyi "Heydər Əliyev - əsl məhəbbət haqqında" filmini nümayiş edib. 

"Report"un məlumatına görə, Vaqif Mustafayevin çəkdiyi 6-cı ekran işində Heydər Əliyevin həyat yoldaşı oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı xatirələri bölüşülür.

Qeyd edək ki, film müxtəlif dillərə tərcümə olunub və dünyanın bir çox ölkələrində nümayiş olunub və beynəlxalq festivallarda iştirak edib. Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda isə əsas mükafata layiq görülüb.

Son xəbərlər

Orphus sistemi