​"CinemaPlus" cəbhədəki vəziyyətlə əlaqədar repertuarında dəyişiklik edib

​"CinemaPlus" cəbhədəki vəziyyətlə əlaqədar repertuarında dəyişiklik edib Kinoteatr komediya janrında olan filmləri nümayişdən çıxarıb
İncəsənət
3 Aprel , 2016 13:07
​CinemaPlus cəbhədəki vəziyyətlə əlaqədar repertuarında dəyişiklik edib

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus" kinoteatrı cəbhədəki vəziyyətlə əlaqədar repertuarında dəyişiklik edib.

Kinoteatrdan "Report"a verilən məlumata görə, “CinemaPlus” aprelin 2-si baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusu əsgərlərinin şəhid olması ilə əlaqədar seanslarında gedən komediya janrında olan filmlərin nümayişini dayandırır.

“CinemaPlus” bütün Azərbaycan xalqına baş sağlığı verir, şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyir!

Son xəbərlər

Orphus sistemi