“Bizim Teatr Festivalı - 2” başlayıb

“Bizim Teatr Festivalı - 2” başlayıb Festival martın 14-dək davam edəcək
İncəsənət
12 Mart , 2015 10:12
“Bizim Teatr Festivalı - 2” başlayıb

Bakı. 12 mart. REPORT.AZ/ Bakı Uşaq Teatrının təşəbbüsü və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə “Bir teatr, bir festival” layihəsi çərçivəsində “Bizim Teatr Festivalı - 2”  başlayıb.

“Report” xəbər verir ki, festival martın 14-dək davam edəcək.

Teatr Xadimləri İttifaqının “Mustafa Mərdanov səhnəsi”ndə baş tutan  açılışda ittifaqın sədri, xalq artisti Azərpaşa Nemət çıxış edib və festival iştirakçılarına uğurlar arzulayıb.

Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltan burada iştirak edən qonaqlara, tamaşaçılara festival barəsində məlumat verib.

“Bizim Teatr Festivalı - 2” festivalının ilk günündə yazışı Elçin Hüseynbəylinin “Oyun” tamaşası nümayiş etdirilib.

Rejissoru Rəşad Nuri olan əsərdə rolları Niyaz Qasımov və Könül Şahbazova ifa edib.

Qeyd edək ki, festivalın qarşıdakı günlərində Tuncer Cücenoğlunun “Bir yoxsul olsaydım”, Arzu Soltanın “Qucaqla məni” və İntiqam Soltanın “Vətən” tamaşaları nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi