Azərbaycanlı rejissor vəfat edib

Azərbaycanlı rejissor vəfat edib Dəfn mərasimi bu gün keçiriləcək
İncəsənət
4 May , 2015 11:29
Azərbaycanlı rejissor vəfat edib

Bakı. 4 may. REPORT.AZ/ Kinorejissor Nicat Feyzullayev vəfat edib. "Report" xəbər verir ki, bu barədə məlumatı “Azərbaycanfilm” kinostudiyası yayıb.

Dəfn mərasimi bu gün saat 16.00-da "Rəssamlar evi" kimi tanınan binada keçiriləcək. 

Nicat Feyzullayev 1945 -ci il noyabrın 1-də Bakıda anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında işləyib.

O, "Küçələrə su səpmişəm", "Qızıl balıq", "Arvadım mənim, uşaqlarım mənim" bədii filmlərinə və bir çox sənədli filmlərə, "Mozalan" süjetlərinə quruluş verib. 

Xatırladaq ki, Nicat Feyzullayev görkəmli rəssamlar Vəsihə Səmədova və Lətif Feyzullayevin övladıdır. 

Son xəbərlər

Orphus sistemi