Azərbaycanın məşhur rəssamının əsəri Londonda hərraca çıxarılacaq

Azərbaycanın məşhur rəssamının əsəri Londonda hərraca çıxarılacaq Tahir Salahovun “Aydan” əsəri 250-350 min funt sterlinq dəyərində qiymətləndirilir
İncəsənət
11 Noyabr , 2015 12:47
Azərbaycanın məşhur rəssamının əsəri Londonda hərraca çıxarılacaq

Bakı. 11 noyabr. REPORT.AZ/ Böyük Britaniya paytaxtı Londonun “Sotheby’s” hərrac evində Rusiya incəsənətinin üç sənət əsrini əhatə edən əsərlərdən ibarət satışlar keçiriləcək. 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report" verilən məlumata görə, hərrac dekabrın 1-də olacaq. 

Hərracın əsas lotları arasında Azərbaycanın və SSRİ-nin xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun “Aydan” əsəri də yer alıb. Sənət əsəri 250-350 min funt sterlinq dəyərində qiymətləndirilir.

“Sotheby's” hərrac evinin rəsmi məlumatında bildirilib ki, "Aydan" sovet dövrünün ən yaxşı əsərlərindən biri hesab olunur: "Bu rəsmin digər versiyası Rusiya Dövlət Tretyakovski Qalereyasında saxlanılır. Satışa çıxarılan variantı isə rəssam vaxtı ilə Tokioda açdığı sərgisi münasibətilə çəkib. "Aydan" əsəri sovet uşaqlığının ən gözəl təsviridir. Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb".

Son xəbərlər

Orphus sistemi