Azərbaycan filmi Kannda nümayiş etdirilib

Azərbaycan filmi Kannda nümayiş etdirilib Film Festivalın Short Film Corner bölməsində göstərilib
İncəsənət
18 May , 2015 11:38
Azərbaycan filmi Kannda nümayiş etdirilib

Bakı. 18 may. REPORT.AZ/ 68-ci Kann Beynəlxalq Film Festivalı davam edir.

"Report" xəbər verir ki, festivalın Short Film Corner bölməsində rejissor Anar Əzimovun "Dərzi" filmi nümayiş olunub.

Növbəti günlərdə Short Film Corner bölməsində yenidən azərbaycanlı rejissorun filminin nümayişi nəzərdə tutulub. Nümayiş etdiriləcək film Elvin Əhmədoğlunun "Again" filmi olacaq.

Son xəbərlər

Orphus sistemi