Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xeyriyyə aksiyası keçirilib - FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xeyriyyə aksiyası keçirilib - FOTO Teatr “Balaca və damda yaşayan Karlson” tamaşasını aztəminatlı və imkansız ailələrin uşaqları üçün pulsuz nümayiş etdirib
İncəsənət
8 May , 2016 02:46
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xeyriyyə aksiyası keçirilib - FOTO

Bakı. 8 may. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xeyriyyə aksiyası keçirilib.

Bu barədə "Report"a Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından məlumat verilib.

Teatr məşhur Avstriya dramaturqu A.Lindqrenin “Balaca və damda yaşayan Karlson” tamaşasını aztəminatlı və imkansız ailələrin uşaqları üçün pulsuz nümayiş etdirib.

Tamaşada Nərimanov, Yasamal, Sabunçu, Suraxanı və Xətai rayon məktəblərində təhsil alan aztəminatlı ailələrin uşaqları və valideynləri iştirak edib.

Tamaşanın quruluşçu rejissoru Tatyana Şevçenko (Ukrayna), quruluşçu rəssamı Yelena Karpenko (Ukrayna), baletmeyster Yekaterina Moreva (Ukrayna), tryukların quruluşu İsa Əsədova məxsusdur.

Əsas rollarda əməkdar artist Nəsibə Eldarova, aktyorlar Vüsal Mehrəliyev, Anar Seyfullayev, Vahid Orucoğlu, Asya Atakişiyeva, Müşfiq Əliyev, Mehriban Hüseynova və başqaları çıxış edib. 

Son xəbərlər

Orphus sistemi