Aşıqlar Birliyinə üzv olan adamlardan üzvlük haqqı tutulmayacaq

Aşıqlar Birliyinə üzv olan adamlardan üzvlük haqqı tutulmayacaq "Aşıqlar Birliyinin fəaliyyətində köklü dəyişikliklər olacaq"
İncəsənət
3 Mart , 2016 16:46
Aşıqlar Birliyinə üzv olan adamlardan üzvlük haqqı tutulmayacaq

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin toplantısında Aşıqlar Birliyinin yeni katibliyi seçilib.

Bu barədə "Report"a Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı məlumat verib.

Yeni seçilmiş katibliyə: 

Məhəmmədəli Məşədiyev (Yaradıcılıq və ifaçılıq məsələləri üzrə katib)

Elxan Məmmədli (Sədrin elmi məsələlər üzrə müşaviri)

Sənubər Bağırova (Beynəlxalq əlaqələr üzrə katib)

Musa Nəsibli (Nəşriyyat və mətbuat üzrə katib)

Ağamurad Şirvanlı (Regionlarla iş üzrə katib)

Altay Məmmədli (Gənclərlə iş üzrə katib)

Aşıqlar Birliyinin Ağsaqqallar Şurasına isə professor Qəzənfər Paşayev sədr seçilib.

Azərbaycan Aşıqlar Birliyində Bədii Şura yaradılıb. Bədii Şuranın iki həmsədri seçilib - Abbas Musaxanoğlu və Nemət Qasımlı.

Məhərrəm Qasımlı bildirib ki, Aşıqlar Birliyi "çal-çağır" idarəsi deyil: "Aşıqlar Birliyinə üzv olan hər kəs bunun məsuliyyətini anlamalıdır. Aşıqlar Birliyinin 200 üzvü var. Amma gələcəkdə bu üzvlərin sayı 100-ə endiriləcək. Birliyə üzv olan aşıq 2-3 dastanı mükəmməl bilən, aşıq havalarını çalan, onlara dərindən bələd olan adamlar olmalıdır. Həmçinin, gələcəkdə Aşıqlar Birliyinə üzv olan adamlardan üzvlük haqqı tutulmayacaq. Bütün məşqlər Aşıqlar Birliyinin böyük zalında keçiriləcək. Aşıqlara belə şərait yaratmaq istəyirik ki, icarə haqqı verib, başqa yerlərdə məşq etməsinlər. Elə Aşıqlar Birliyində məşqlərini aparıb, konsertlərə çıxsınlar".

Son xəbərlər

Orphus sistemi