Akademik Milli Dram Teatrında "Müfəttiş" tamaşasının son məşqləri gedir

Akademik Milli Dram Teatrında "Müfəttiş" tamaşasının son məşqləri gedir Tamaşanın premyerasının fevralın sonunda olacağı gözlənilir
İncəsənət
8 Fevral , 2016 13:03
Akademik Milli Dram Teatrında Müfəttiş tamaşasının son məşqləri gedir

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Nikolay Qoqolun "Müfəttiş" komediyasının son məşqləri gedir. 

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov "Report"a açıqlamasında deyib ki, səhnə əsərinin premyerasının fevralın sonu, martın əvvəlində olması nəzərdə tutulub.

Xatırladaq ki, "Müfəttiş" komediyasının məşqlərinə ötən ilin sonundan başlanıb.

Tamaşada xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, əməkdar artistlər Elxan Quliyev, Pərviz Bağırov, Kazım Abdullayev, Aslan Şirin, Şəlalə Şahvələdqızı, Elşən Cəbrayılov, Kazım Həsənquliyev, aktyorlar İlahə Həsənova, Vüsal Mustafayev, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Cümşüd Zeynalov rol alıb. 

Son xəbərlər

Orphus sistemi