Bakı. 11 aprel. REPORT.AZ/ Akademik Milli Dram Teatrı türk dramaturqu Toyqun Orbayın "21:15 qatarı" tamaşanın premyerasına hazırlaşır. Tamaşanın sonuncu gərgin məşqləri gedir. "Report" xəbər verir ki, əsərin premyerası aprelin 15-də olacaq.
Tamaşanın quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəs
Tamaşada maraqlı aktyor ansamblı məşğuldur. Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov (Vağzal məmuru), xalq artisi Nurəddin Mehdixanlı (Kişi), əməkdar artistlər Sənubər İsgəndərli (Qadın), Firuz Xudaverdiyev (Yaşlı kişi), aktyor Ramin Şıxəliyev (Yaşlı Kişi) çıxış edir.
Pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib. 75 dəqiqə davam edəcək tamaşanın janrı bir hissəli mövcudluq oyunu kimi müəyyənləşdirilib.
Qeyd edək ki, Toyqun Orbay 1956-cı ildə İstanbulda anadan olub. Tibb sahəsində çalışmaqla bərabər, dramaturgiya sahəsində də fəaliyyət göstərir. “Mat”, “Şərəfinə insanoğlu” və “2115 qatarı” pyeslərinin müəllifidir.
Pyesləri İstanbulda, Ankarada, İzmirdə, Girnedə, Nyu-Yorkda, Lefkoşada dəfələrlə tamaşaya qoyulub.
Müəllif “2115 qatarı” birpərdəli pyesini 2002-ci ildə yazıb.
Xatırladaq ki, Akademik Milli Dram Teatrının tamaşası Azərbaycan səhnəsində T.Orbay yaradıcılığına ilk müraciətdir.