2016-cı ilin "Milli Kino" mükafatı ilin sonunadək təqdim ediləcək

2016-cı ilin "Milli Kino" mükafatı ilin sonunadək təqdim ediləcək Azərbaycan Kinematoqrafçılar İttifaqı fevralın əvvəlində toplantı keçirəcək
İncəsənət
19 Yanvar , 2016 13:49
2016-cı ilin Milli Kino mükafatı ilin sonunadək təqdim ediləcək

Bakı. 19 yanvar. REPORT.AZ/ "Milli Kino" mükafatı 2016-cı ilin sonunadək təqdim ediləcək.

Bu barədə "Report"a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Məlumata görə, fevralın əvvəlində Kinematoqrafçılar İttifaqı katibliyinin yığıncağı keçiriləcək. Toplantıda ittifaqının illik iş planı təsdiqlənəcək və "Milli Kino" mükafatının təqdimetmə mərasimin keçiriləcəyi gün dəqiqləşdiriləcək.

Qeyd edək ki, "Milli Kino" mükafatının 2016-cı il üzrə qalibi, görkəmli kinorejissor, xalq artisti Eldar Quliyevdir.

Mükafat 2000 min manat pul və diplomdan ibarətdir. 

Son xəbərlər

Orphus sistemi