Məlumatlara görə, Hon-Konq küçələrində demokratiya tələb edənlərin nümayişləri zamanı polis nümayişçilərə qarşı kobudluq göstərib. Nümayiş iştirakçılarından bəziləri isə polisin aksiya iştirakçılarını döyməsini foto yaddaşa köçürərək “Instagram”da yayıblar. Bu səbəbdən Çin hökuməti bu sosial şəbəkənin ölkədəki fəaliyyətini bloklayıb.
Xatırladaq ki, bundan öncə Çin hökuməti “Facebook”, “Twitter”. “Weibo”, “Youtube” kimi saytlara da qadağa qoyub.