​Çin “Instagram”a qadağa qoyub

​Çin “Instagram”a qadağa qoyub Buna səbəb Hon-Konqdakı nümayişlərdə çəkilən fotoşəkillərin “Instagram”da yayılması olub
İKT
30 Sentyabr , 2014 18:01
​Çin “Instagram”a qadağa qoyub
Bakı. 30 sentyabr. REPORT.AZ/ Çin hökuməti Hon-Konq nümayişlərində çəkilən şəkillərin “Instagram” şəbəkəsində yayılmasından sonra bu sosial şəbəkəyə qadağa qoyub. “Report”un məlumatına görə, bu barədə xarici KİV məlumat yayıb.

Məlumatlara görə, Hon-Konq küçələrində demokratiya tələb edənlərin nümayişləri zamanı polis nümayişçilərə qarşı kobudluq göstərib. Nümayiş iştirakçılarından bəziləri isə polisin aksiya iştirakçılarını döyməsini foto yaddaşa köçürərək “Instagram”da yayıblar. Bu səbəbdən Çin hökuməti bu sosial şəbəkənin ölkədəki fəaliyyətini bloklayıb.

Xatırladaq ki, bundan öncə Çin hökuməti “Facebook”, “Twitter”. “Weibo”, “Youtube” kimi saytlara da qadağa qoyub.

Son xəbərlər

Orphus sistemi