"TeliaSonera" şirkəti Avrasiyadakı biznesini məhdudlaşdırır

"TeliaSonera" şirkəti Avrasiyadakı biznesini məhdudlaşdırır Şirkətin regionda işlərini yekunlaşdırmağı planlaşdırdığı ölkələr Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Moldova və Tacikistandır
İKT
17 Sentyabr , 2015 12:40
TeliaSonera şirkəti Avrasiyadakı biznesini məhdudlaşdırır

Bakı. 17 sentyabr. REPORT.AZ/ Skandinaviyanın mobil rabitə operatoru olan "TeliaSonera" şirkəti Avrasiya regionundakı fəaliyyətini məhdudlaşdırmağı və əsas diqqətini İsveç və Avropa bazarında cəmləşdirməyi planlaşdırır. "Report"un məlumatına görə, buna səbəb isə regionda şirkət haqqında rüşvət qalmaqalları ilə bağlı yayılan iddialardır.

Azərbaycandakı törəmə şirkəti "Azercell" olan "TeliaSonera"nın bu regionda işlərini yekunlaşdırmağı planlaşdırdığı digər ölkələr isə Nepal, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Moldova və Tacikistandır.

Şirkətin 3 nümayəndəsi və maliyyə menecerinin qanunsuz fəaliyyət iddialarını rədd edərək istefa vermələri şirkət daxilində aparılan istintaqın daha da genişlənməsinə səbəb olub.

Bununla belə, son olaraq ABŞ tərəfindən aparılan istintaqda mərkəzi Amsterdam olan "VimpelCom" və "Mobile TeleSystems" şirkətlərinin birgə biznesinin Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova tərəfindən idarə olunması və bundan istifadə edərək ölkə daxilində qanunsuzluqlara yol verildiyi də iddia olunur.

Bu səbəbdən şirkət Avrasiya regionundakı qalmaqalları unutdurmaq üçün digər bölgələrdəki işlərini böyütmək qərarına gəlib. Regiondakı işlərin yekunlaşdırılıb digər ölkələrdəki işləri inkişaf etdirmək niyyətində olduqlarını şirkətin CEO-su Yohan Dennelind (Johan Dennelind) deyib. 

Son xəbərlər

Orphus sistemi