​Rabitə və yüksək texnologiyalar naziri sabah Göygöl rayonunda vətəndaşlarla görüşəcək

​Rabitə və yüksək texnologiyalar naziri sabah Göygöl rayonunda vətəndaşlarla görüşəcək Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov sentyabrın 17-də Göygöl rayonunda vətəndaşlarla görüşəcək
İKT
16 Sentyabr , 2014 10:56
​Rabitə və yüksək texnologiyalar naziri sabah Göygöl rayonunda vətəndaşlarla görüşəcək
Bakı. 16 sentyabr.REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov sentyabrın 17-də Göygöl rayonunda vətəndaşlarla görüş keçirəcək. Tədbir saat 11:30-da keçiriləcək. 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti məsələləri ilə bağlı keçiriləcək bu görüşdə Göygöl, Gəncə, Naftalan, Goranboy, Samur, Daşkəsən və Kəlbəcər rayonunun sakinləri iştirak edə bilər.

Vətəndaşlar Nazirliyin rəsmi veb-saytı, elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə qəbula yazıla bilərlər. 

Son xəbərlər

Orphus sistemi