Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti məsələləri ilə bağlı keçiriləcək bu görüşdə Göygöl, Gəncə, Naftalan, Goranboy, Samur, Daşkəsən və Kəlbəcər rayonunun sakinləri iştirak edə bilər.
Vətəndaşlar Nazirliyin rəsmi veb-saytı, elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə qəbula yazıla bilərlər.