"KaTV1" yeni kampaniyaya start verib

"KaTV1" yeni kampaniyaya start verib "Yay kinoteatrı" adlanan bu kampaniya kino həvəskarları üçün nəzərdə tutulub
İKT
24 May , 2016 17:45
KaTV1 yeni kampaniyaya start verib

Bakı. 24 may. REPORT.AZ/ “AG Telecom” şirkəti (“KaTV1” ticarət nişanı) kabel televiziyası kino həvəskarları üçün “Yay kinoteatrı” adlı kampaniyaya start verib. 

“KaTV1”dən “Report”a verilən məlumata əsasən, kampaniya çərçivəsində cari TV-paketi üçün əvvəlcədən 3 aylıq ödəniş edən abunəçilər bütün yay boyu (avqustun 31-dək) “VİP Cinema” paketinə daxil olan kanalları pulsuz izləyə biləcəklər.

Eyni zamanda, alternativ kimi əvvəlcədən 3 aylıq ödəniş edən abunəçilər bütün yay boyu (avqustun 31-dək) “Sport” paketinə daxil olan kanalları pulsuz izləyə bilərlər. “Sport” paketi 12 idman kanalından ibarətdir.

Qeyd edək ki, bir müddət əvvəl “KaTV1”in internet istifadəçiləri üçün nəzərdə tutulan “Yay interneti” adlı kampaniya da keçirilib.

Son xəbərlər

Orphus sistemi