"Kasperski Laboratoriyası" Amerikada yaradılan yeni casus virusunu aşkar edib

"Kasperski Laboratoriyası" Amerikada yaradılan yeni casus virusunu aşkar edib Virus xüsusi xidmət orqanlarına dünyada istifadə olunan əksər kompüterlərdən məlumatları gizli şəkildə oxumağa imkan verir
İKT
17 Fevral , 2015 10:41
Kasperski Laboratoriyası Amerikada yaradılan yeni  casus virusunu aşkar edib

Bakı. 17 fevral. REPORT.AZ/ "Kasperski antivirus laboratoriyası" kompüterdən silinmə və format olunmaqdan qorunan və hard-disk zonasında yerləşdirilməsi mümkün olan amerikada yaradılan casus virusunu aşkar edib. 

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyinin məlumatında deyilir. Laboratoriya ekspertlərinin fikrincə, bu nəzəri olaraq  xüsusi xidmətlərə dünyada istifadə olunan əksər kompüterlərdən məlumatları gizli şəkildə əldə etməyə imkan verir.

Antivirus laboratoriyası iddia edir ki, 30 ölkədə bu üsulla virus salınaraq müdaxilə olunan kompüterlər müəyyən edilib. Siyahıda birinci yerdə İran, daha sonra Rusiya, Pakistan, Əfqanıstan, Çin, Mali, Suriya, Yəmən və Əlcəzairin adları çəkilir. 

Laboratoriya qeyd edib ki, belə müdaxilənin hədəfləri hökumət və hərbi idarələr, telekommunikasiya və enerji şirkətləri, banklar, atom tədqiqat mərkəzləri, KİV və islamçı aktivistlər olub. 

Son xəbərlər

Orphus sistemi