Əli Abbasov: "Azərbaycanda savadlı kadrlara tələbat olmalıdır"

Əli Abbasov: "Azərbaycanda savadlı kadrlara tələbat olmalıdır" Rabitə və yüksək texnologiyalar naziri: "İqtisadiyyatda kadrlara ehtiyac yoxdursa, elmin inkişafına da zəmin olmayacaq"
İKT
19 Dekabr , 2014 13:12
Əli Abbasov: Azərbaycanda savadlı kadrlara tələbat olmalıdır

Bakı. 19 dekabr. REPORT.AZ/ "Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliyinə görə dünyada 38-ci yeri tutması faktı ölkəmizin əldə etdiyi nailiyyətlərə misal ola bilər". "Report"un verdiyi xəbərə görə, bunu bu gün Bakıda keçirilən Alimlərin I Qurultayında çıxış edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. 

Onun sözlərinə görə, ölkədə texnoloji inkişaf istiqamətində bir çox işlər görülüb: "Azərbaycanda savadlı kadrların olması ilə yanaşı onlara tələbat da olmalıdır. Bunun üçün sənayemiz inkişaf etdirilməlidir. Təsəvvür edin, əgər iqtisadiyyatda kadrlara ehtiyac yoxdursa, o zaman elmin inkişafına da zəmin olmayacaq". 

Ə.Abbasov həmçinin qeyd edib ki, dünyada yüksək texnologiyalarla bağlı təcrübə olduqca genişdir: "Məsələn, Fransada yüksək texnologiyaya xərclənən hər 1 dollara 0,4 dollar vergidən azadolma güzəşti tətbiq edilir. Bu proses Azərbaycanda da tətbiq edilir - bizdə bu güzəşt 0,2 dollardır. Azərbaycan hazırda əhalinin sayına görə dünyada 90-cı yerdədir, amma ÜDM-in həcminə görə təxminən 60-ci yerdəyik. Bu, çox böyük uğurdur".

Son xəbərlər

Orphus sistemi