Elektron poçtun yaradıcısı vəfat edib

Elektron poçtun yaradıcısı vəfat edib Rey Tomlinson dünyada ilk dəfə olaraq 1971-ci ildə elektron məktubu göndərməyə müvəffəq olub
İKT
7 Mart , 2016 00:40
Elektron poçtun yaradıcısı vəfat edib

Bakı. 7 mart. REPORT.AZ/ Elektron poçtun yaradıcısı kimi tanınan amerikalı proqramçı Rey Tomlinson ötən gün vəfat edib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, ürək-damar çatışmazlığından əziyyət çəkən 75 yaşlı Tomlinson dünyada ilk dəfə olaraq 1971-ci ildə elektron məktubu göndərməyə müvəffəq olub.

Məlumata əsasən, @ (at-sign) simvolunun istifadəsini də vaxtı ilə məhz bu proqramçı təklif edib.

Son xəbərlər

Orphus sistemi