"​Bakcell" Ordubadda yeni satış və xidmət mərkəzi açıb - FOTOSESSİYA

"​Bakcell" Ordubadda yeni satış və xidmət mərkəzi açıb - FOTOSESSİYA Mobil operator regionlarda satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edir
İKT
18 Noyabr , 2015 15:25
​Bakcell Ordubadda yeni satış və xidmət mərkəzi açıb - FOTOSESSİYA

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə regionlarda satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edir.

"Bakcell"dən "Report"a verilən məlumata görə, şirkət Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yeni konsept və dizaynda olan satış və xidmət mərkəzini açıb. Ordubad şəhəri, Heydər Əliyev küçəsi 35 ünvanında yerləşən yeni məntəqədə abunəçilərə müxtəlif çeşiddə xidmətlər təqdim olunur.

“İndi Ordubad sakinləri "Bakcell" şirkətinin təqdim etdiyi məhsul və xidmətlərdən daha asanlıqla faydalana biləcəklər. Azərbaycanda ən geniş əhatə dairəsi olan və ən etibarlı şəbəkəyə malik "Bakcell" şirkəti öz xidmətlərinin abunəçilərə daha əlçatan olması üçün satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edəcək”, - "Bakcell" şirkətinin Pərakəndə satış və distribusiya Departamentinin rəhbəri Paşa Paşayev bildirib.

"Bakcell" şirkəti 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 müştəri xidməti mərkəzində abunəçilərə müştəri xidmətləri göstərir. 

Son xəbərlər

Orphus sistemi