"Bakcell"in güzəştli internet tarifi kampaniyası İranı da əhatə edib

"Bakcell"in güzəştli internet tarifi kampaniyası İranı da əhatə edib Şirkət abunəçiləri “MCI” mobil operatoruna qoşulduqda mobil internetdən 1 MB/qəpik tarifi ilə istifadə edəcəklər
İKT
10 Avqust , 2016 18:09
Bakcellin güzəştli internet tarifi kampaniyası İranı da əhatə edib

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti "1MB=1 qəpik" kampaniyasının aktiv olduğu ölkələrin siyahısına İranı da əlavə edib.

Şirkətdən “Report”a bildirilib ki, İranın aparıcı telekommunikasiya şirkəti olan “MCI” ilə aparılan danışıqlar nəticəsində “Bakcell” abunəçiləri üçün "1 MB internet=1 qəpik" təklifi qüvvəyə minib.

İranda səfərdə olan hər bir “Bakcell” abunəçisi artıq “MCI” mobil operatorunun şəbəkəsinə qoşulduqda hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksək sürətli mobil internetdən istifadə edəcəklər. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.

Şirkət abunəçiləri bu təklifdən dünyanın 21 ölkəsində yararlana bilirlər. Bura ABŞ, Almaniya, Böyük Britaniya, Niderland, İspaniya, İtaliya, Macarıstan, Çexiya, Rusiya, Türkiyə, İran, BƏƏ və s. ölkələr daxildir.

Qeyd edək ki, “Bakcell” daha çox ölkədə abunəçilərinə ən sərfəli qiymətlə yüksək sürətli internet xidməti təklif etmək üçün rouminq tərəfdaşları ilə danışıqlar aparmaqda davam edir. Bu danışıqlar əsasən dünyanın lider telekommunikasiya şirkətləri olan "Vodafone", "Megafon", "AirTel", "Etisalat" ilə aparılır.

Son xəbərlər

Orphus sistemi