"Azercell" bəzi tarif paketlərinə qoşulmanı dayandırır

"Azercell" bəzi tarif paketlərinə qoşulmanı dayandırır “GencOl5” və “GencOL10” tarif paketlərinə qoşulma dayandırılacaq
İKT
15 Sentyabr , 2015 13:31
Azercell bəzi tarif paketlərinə qoşulmanı dayandırır

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC bu gündən etibarən bəzi tarif paketlərinə qoşulmanı dayandıracaq.

“Report” xəbər verir ki, şirkət bunun səbəbinin göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar olduğunu deyir.

Bunlar fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçiləri üçün təqdim edilən “GencOL5” və “GencOL10” tarif paketləridir.

Həmin tarif paketlərindən istifadə edən nömrələr isə paketin müvafiq şərtlərindən yararlanmaqda davam edəcək.

Son xəbərlər

Orphus sistemi