Azərbaycanın rabitə xidmətləri bazarı 6% artıb

Azərbaycanın rabitə xidmətləri bazarı 6% artıb Bu sahədə əldə edilən gəlirin 81%-i qeyri-dövlət sektorunun payına düşüb
İKT
18 Oktyabr , 2016 17:33
Azərbaycanın rabitə xidmətləri bazarı 6% artıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində hüquqi və fiziki şəxslərə göstərilən 1 171,4 mln. manatlıq xidmətlərin 72,5%-i əhali sektoruna aid olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə informasiya və rabitə xidmətlərinin həcmi 5,5% artıb.

Bu sahədə əldə edilən gəlirin 80,9%-i qeyri-dövlət sektorunun payına düşüb.

Son xəbərlər

Orphus sistemi